Azərbaycandan Türkiyəyə “S-400” dəstəyi: Rusiyadan öncə... - Təhlükəsizlik mənbələri

Azərbaycandan Türkiyəyə “S-400” dəstəyi: Rusiyadan öncə... - Təhlükəsizlik mənbələri

Türkiyənin Rusiyadan alacağı "S-400” zenit-raket komplekslərinin öyrənilməsi üçün Rusiyaya göndəriləcək heyət ilk olaraq Azərbaycana gələcək.

Publika.az Türkiyə medasına istinadən xəbər verir ki, bu haqda təhlükəsizlik mənbələrindən bildirilib.

Təlim-tədris proqramında iştirak edəcək təxminən 100 nəfərdən ibarət heyət Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan "S-300 PMU2” zenit-raket sistemlərini araşdıracaq və yazın sonunda Rusiyaya gedəcək.

Qeyd edək ki, "S-400” komplekslərinin çatdırılma haqqında Rusiya-Türkiyə müqaviləsi 2017-ci ildə bağlanıb. 2,5 milyard dollarlıq müqavllə çərçivəsində Türkiyəyə 4 "S-400” divizionu çatdırılacaq.

Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, "S-400”-lərin alınması qabaqcıl texnologiyaların və "F-35” qırıcıların Türkiyəyə satışının və Ankaranın "F-35” proqramında iştirakının dayandırmasına gətirib çıxara bilər.

Öz növbəsində, Türkiyə tərəfi bildirib ki, hətta "Patriot” sistemlərin alınması halında belə, "S-400”-lərdən imtina etməyə hazırlaşmır, çünki, bu mövzular bir-biri ilə əlaqəli deyil.

Türkiyənin müdafiə naziri Hulisi Akar ötən həftə bildirib ki, Türkiyədə "S-400” zenit-raket sistemlərinin yerləşdirilməsi prosesi bu ilin oktyabrında başlanacaq. Hərbi idarənin başçısı həmçinin qeyd edib ki, Ankara və Vaşinqton "Patriot” sistemlərinin mümkün çatdırılması haqqında danışıqları davam etdirir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az