Azərbaycanın ala biləcəyi yeni raketlər – Siyahı

Azərbaycanın ala biləcəyi yeni raketlər – Siyahı

"Rusiyanın "Bal-E” kimi raketləri satmaması, Azərbaycana bu boşluğu "MBDA Systems” şirkətinin "Exocet”, "Marte”, İsrailin "Gabriel-5” və Türkiyənin "ROKETSAN” şirkətinin "Atmaca” raketlərindən biri hesabına doldurmağa imkan verəcək”.


Teleqraf.com xəbər verir ki, bunu hərbçi-ekspert Rəşad Süleymanov deyib.

Ekspert qeyd edib ki, hər üç raket son nəsil gəmi əleyhinə olan raketlərdəndir:

"Bu çərçivədə qiymət və tədarük baxımından "Atmaca” Azərbaycan üçün daha uyğun görünür. Əlavə edim ki, MBDA-nın adıçəkilən raketlərindən hazırda "EXOCET” Qazaxıstan və Türkmənistan Hərbi Dəniz Qüvvələrinin silahlanmasında yer alır.

Bəzi məlumatlara görə, Türkmənistan "Marte” raketlərinin Xəzər hövzəsində ilk istifadəçisidir və satınalma müqaviləsi imzalanarkən müqaviləyə, bu raketin Xəzər dənizində Türkmənistanın razılığı olmadan digər dövlətə satılmasına məhdudiyyət qoyan bənd salıb”.

Qeyd edək ki, "Kommersant” qəzeti Rusiya Müdafiə Nazirliyinin "Bal-E” raket sistemlərinin Azərbaycana satılmasını təxirə saldığını yazıb.

Qəzetin iddiasına görə, Rusiya bu addımı bölgədə yaranmış həssas geosiyasi vəziyyətlə əlaqələndirib.

Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama yayaraq, "Bal-E” sistemlərinin alınması ilə əlaqədar Rusiya ilə danışıqlar aparılmadığını bildirib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az