Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - RƏSMİ + SİYAHI

Azərbaycan ordusu bir sıra əraziləri işğaldan azad edib. 

Miq.Az-ın Müdafiə Nazirliyinin brifinqindəki müxbirinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Qeyd edilib ki, işğal altındakı bir sıra strateji yüksəkliklər, kəndlər azad olunub:

"Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. 

Ağdərə rayonu istiqamətində və Murovdağı silsiləsində hündürlüklərində yerləşən düşmən postları darmadağın edilərək, bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

Döyüş əməliyyatları davam edir. Mən sizi əmin edirəm ki, bundan sonra da sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az