Azərbaycanın eks-nazirinin səhhətində problem yarandı - Ölkədən gedir

Azərbaycanın eks-nazirinin səhhətində problem yarandı - Ölkədən gedir
Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilovun səhhətində problem yaranıb.

Miq.az bakupost-a istinadən xəbər verir ki, eks-nazir ürəyində yaranan problemlə əlaqədar olaraq Türkiyəyə yola düşüb.

Saytımıza açıqlamasında F. Cəlilov bu dəqiqələrdə İstanbula yola düşdüyünü, orada özəl xəstəxanalardan birində müalicə alacağını deyib: "Mənim ürəyimdə problem var. Buna görə də ildə bir və ya iki dəfə Türkiyəyə gedib müalicə alıram. Bu gün də İstanbula gedirəm. Bir müddət orada müalicə alıb qayıdacağam".
Məlumat üçün bildirək ki, Firudin Cəlilov 1995-ci ildən damar tıxanıqlığı xəstəliyindən əziyyət çəkir. O bu günə kimi bir neçə dəfə əməliyyat olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az