Azərbaycanın Vətən Müharibəsi Qazaxstan TV-nin ekranında – VİDEO

Azərbaycanın Vətən Müharibəsi Qazaxstan TV-nin ekranında – VİDEO

Qazaxstan TV Azərbaycanın Vətən müharibəsi haqqında film çəkib.

Miq.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev paylaşım edib.

”Dağlıq Qarabağ – Yeni anlaşma” adlı filmdə Qarabağın Ermənistan tərəfindən işğalı, 30 il ərzində qaçqın və məcburi köçkünlərin həyatı, işğal olunmuş ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, 27 sentyabr – 10 noyabr Vətən müharibəsi və onun nəticələri, eləcə də Azərbaycanın Qələbəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni geo-siyasi reallıqlar və müharibədən sonrakı dövrdə bölgənin inkişaf perspektivləri haqqında bəhs olunur. Filmin çəkilişi Bakıda, Gəncədə, Bərdədə və işğaldan azad olunmuş ərazilərdə aparılıb. Filmdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyevin, Milli Məclisin üzvləri Nizami Səfərovun və Cavanşir Feyziyevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr atanın, dağ Yəhudiləri icmasının rəhbəri Melix Yevdayevin, Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadənin, eləcə də müharibə şahidlərinin və şəhid ailələri üzvlərinin müsahibələri yer alıb.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az