Azərbaycanla sərhəddə “1 milyonluq qızlar” saxlanıldı – Krallığa aparılırdılar

Azərbaycanla sərhəddə “1 milyonluq qızlar” saxlanıldı – Krallığa aparılırdılar

Dağıstandan Bəhreynə cinsi istismar üçün iki qızı aparmaq istəyən şəxslər yaxalanıblar.

Yerli polisin keçirdiyi əməliyyat nəticəsində Bəhreynə fahişəlik etmək üçün aparılan iki qız Azərbaycan sərhədində saxlanılıb. Məlum olub ki, onlar Azərbaycan sərhədini keçəndən sonra Bakıdan Bəhreynə uçacaqlarmış.

İlkin araşdırmadan sonra məlum olub ki, hər iki qız 1 milyon rubla (təxminən 27 min manata) satılıb. Saxlanılan qızların hər ikisinin Mahaçqala şəhər sakini olduğu bildirilir. Onları satmaq istəyən qadın isə polisə aparılıb və haqqında cinayət işi qaldırılıb. (lent.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az