Azərbaycanlı İrəvan küçəsində atəş açdı...

Azərbaycanlı İrəvan küçəsində atəş açdı...

Rusiya paytaxtı Moskvanın İrəvan küçəsində oktyabrın 11-i toy mərasimində atəş açan şəxs polis bölməsində izahat yazıb.

Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı İTAR-TASS-a istinadən bildirir ki, Rusiya DİN-in Moskva üzrə Baş İdarəsi mətbuat xidmətinin rəisi Andrey Qaliakberovun sözlərinə görə, qanunsuz hərəkətə yol verən toy mərasiminin qonaqlarından biri, 29 yaşlı Azərbaycan vətəndaşı olub.

"Öz izahatında vətəndaş göstərib ki, o, həqiqətən də travmatik tapançadan havaya bir neçə dəfə atəş açıb. Daha sonra o, tapançanı toy kortejinin getdiyi istiqamətdə atıb” - deyə mətbuat xidmətinin rəisi bildirib.

Azərbaycan vətəndaşına qarşı Cinayət Məcəlləsinin "dələduzluq” maddəsi üzrə işin qaldırılması məsələsi həll olunur.

Bir daha xatırladaq ki, hadisə Moskvanın cənubunda - Kaspiysk və İrəvan küçələrinin kəsişməsində baş verib. Daha sonra polis toyun 16 iştirakçısını saxlayıb və avtomobillərə baxış keçirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az