Azərbaycanlı modelin keçmiş əri biznesini batırdı, TIR sürməyə başladı FOTO

Azərbaycanlı modelin keçmiş əri biznesini batırdı, TIR sürməyə başladı FOTO

Onun aylıq maaşı 8 min dollardır


Azərbaycanlı modelin keçmiş əri Amerikada iflas edib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, şou aləminin ən qalmaqallı ulduzlarından olan aktyor Tolqa Karel TIR sürücüsü işləməyə başlayıb. 

İki uşaq atası olan Karel ABŞ-a bir neçə il öncə köçüb. O, burada Sara adlı qadınla evlənib və bu evlilikdən bir qızı dünyaya gəlib. Daha sonra Karel sağlamlıq sektoru ilə bağlı iş qurmağa başlayıb. Lakin hər şey onun planlaşdırdığı kimi getməyib və o müflis olub. Bundan sonra Karel ailəsi ilə birlikdə qayınanasının evinə köçməli olub.

Maddi cəhətdən çətinliklə qarşılaşan Karel kurslara yazılaraq yük maşınlarını idarə etməyi öyrənib. İndi TIR idarə edən aktyorun aylıq maaşı 8 min dollardır.

Xatırladaq ki, aktyor azərbaycanalı model Günay Musayeva ilə evli olub. Onların bu evlilikdən Cihangir adlı bir oğulları var. 

 
Tolqa Karel və Günay Musayeva


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az