Azərbaycanlı Polkovnikdən erməni Vova Vardanova cavab: "Mənim doğma Naxçıvanımı işğal etmək hulyası..."

Azərbaycanlı Polkovnikdən erməni Vova Vardanova cavab:
Erməni tayfalarının MATA XARİSİ sayılan Vova Vardanova cavabımı tanınmış hərbi nəzəriyyəçi Karl Klauzeviçin sitatı ilə başlamaq istərdim: "Kəşfiyyat məlumatlarının çox hissəsi yalan və uydurmadır, qorxu isə bu uydurmaları və qeyri-dəqiqliyi artırır. Insanlar daha çox pis məlumatlara üstünlük verir, nəinki yaxşı xəbərlərə və bu səbəbdən də pis xəbərləri şişirtməyə meyillidirlər”.

Məhz bu qorxu və Ermənistan üçün pis xəbərlər Vova Vardanovun Naxçıvanı zəbt etmə kimi fantastik fikirlərə yönəltdi və reallığı əks etdirməyən imkanlarının şişirdilməsi ilə nəticələndi.
Vova Vardanov
Vova Vardanov, əgər sən Mata Xari deyil, həqiqətən kəşfiyyatçısansa, bilməlisən ki, kəşfiyyatçılar iki qrupa bölünürlər: ağıllı ehtiyatlılar və qətiyyətli kütbeyinlərə. əqli cəhətdən sən heç də parlamırsan, amma kütbeyinliyinin həddi-hüdudu yoxdur. Bu səbəbdən də bundan sonra səni it adı ilə Bobik deyə çağıracam. Çünki sən buna layiqsən.
Təkrar edirəm, əgər sən həqiqətən kəşfiyyatçısansa, o zaman Naxçıvanda yerləşən Ümumqoşun Ordunun qüvvə və vasitələri barədə məlumat toplamağa cəhd et. Əgər alınsa bu məlumatlarını öz əməliyyatçılarınıza ötür. Sonra isə kütbeyinlər bir yerə toplaşaraq qüvvə və vasitələr nisbətini çıxarın və bir qərara gəlin, mərkəzi tabeçiliyinizdə olan əməliyyat ehtiyatları ilə Naxçıvana hücum etmək üçün üstünlük yarada bilirsinizmi? Qarabağ istiqamətində cəmləşən əməliyyat ehtiyatlarınızı ağlına belə gətirmə. Çünki bu istiqamətdə fəaliyyət göstərən bizim qoşunlar sizə heç imkan da verməzlər ki, Qarabağ istiqamətindən ehtiyatlarınızı çıxarıb Naxçıvan istiqamətinə atasınız. 
Bobik, sirr olaraq nəzərinə çatdırım ki, sizin əvvəlcədən uğursuzluğa məhkum olan hücumunuzu dəf etməyə biz qadirik və sənin fantastik uydurmalarından fərqli olaraq, biz kəşfiyyat məlumatlarına, əməliyyat hesablamalarına, real əməliyyat şəraitinin qiymətləndirilməsinin nəticələrinə, mövcud faktlara və ehtimallara söykənirik.
Ayıl Bobik, indi 90-cı illər deyil. Qarşındakı yaldan əl çək, ağzındakı sümüyü burax, başını qaldır və 21-ci əsrə "xoş gəldin!” de. Müasir dünyada müharibə aparma sənəti fantastika deyil. Müharibə sənəti hərtərəfli qiymətləndirmələrə, riyazi hesablamalara söykənən elmdir və dəqiq proqnozdur.
Kütbeyin Bobik, sənə məlum olsun ki, Naxçıvanda yerləşən Ümumqoşun Ordusu bir tək sizin əvvəlcədən uğursuzluğa məhkum edilmiş hücumlarınızı dəf etmək üçün yaradılmayıb. 
Sənin fantastik düşüncələrin bizim xeyrimizədir və bizə işləməyə davam et! Biz həqiqətən də bu hücumu gözləyirik və sizin bu fəaliyyətiniz bizim əl qolumuzu açacaq. Hücümünuzu dəf etdikdən dərhal sonra biz Qarabağ istiqamətində fəaliyyət göstərən qoşunlarımızla qarşılıqlı əlaqədə, ABC və DEK istiqamətində əks-hücuma keçib tarixi torpaqlarımız olan Göyçə, Dərələyəz, Vedibasar mahallarımızı da azad edəcəyik. Bütün bunlara əlavə olaraq, Rusiya və Türkiyə arasında bağlanan Qars müqaviləsini də unutma.
Dinlə məni, ay kütbeyin "kəşfiyyatçı"! Sən dərk edirsənmi hansı məngənəyə siz düşəcəksiniz və Ermənistandan nə qalacaq?
Bobik, sən düz yoldasan və bizə işləməyə davam et. Və erməni sürüsünün həyatda qalma fəndlərinin forma və üsullarını təkmilləşdir.

Sonda Bobik, məsləhət görürəm bir daha ağzında bıçaqla və arxanda budaqla kəşfiyyata getməyəsən. Yaşlı itsən, arxa ayağın büdrəyər, bıçağı udarsan, budaq da ilişib qalar arxanda və orada kök atar.
Qeyd edək ki, Polkovnik İlqar Əliyev bu cavabı rus dilində  iki gün öncə öz facebook səhifəsində paylaşmışdı. Çoxsaylı müraciətləri nəzərə alaraq İlqar Əliyev eksklüziv olaraq bu cavabı Miq. az-a təqdim etdi

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az