Azərbaycanlı turistlər Türkiyədə oteldə erməni mahnısına qadağa qoydurdular

Azərbaycanlı turistlər Türkiyədə oteldə erməni mahnısına qadağa qoydurdular

"Naxçıvanlı turistlər olaraq Bodrumdakı oteldə erməni mahnısına qadağa qoydurduq".


Milli.Az xəbər verir ki, bunu azərbaycanlı jurnalist Səməd Canbaxşiyev sosial şəbəkədə ümumi paylaşdığı statusunda bildirib.

Onun sözlərinə görə, qaldıqları "Palm Garden" otelində axşam karaoke gecəsi təşkil olunub və oteldə istirahət edən Naxçıvandan olan 30 azərbaycanlı turisti də ora dəvət ediblər. Gecədə erməni mahnısının səslənməsinə etiraz edən azərbaycanlılar buna etirazını bildirərək tədbiri tərk ediblər:  

"Mahnı oxumaq üçün bizim qrupdan da xahiş elədilər. Çünki bir neçə gündür burdakı əyləncəli tədbirlərdə fəal iştirak edirik. Soruşanda da azərbaycanlıyıq, Naxçıvandanıq deyirik. Gürcü aparıcıya "Əsmərim biçim- biçim"i oxuyacağımızı dedik. Razılaşdı. Amma sonra dedi ki, mahnının remiksi pozulub. Biz də siyahıdan "Qara bibərim" - Sərdar Ortacın mahnısını seçdik. Bir neçə nəfər oxuduq. Yaxşı da alındı. Yarışa qatılan fransız, ingilis turistlər hər halda belə dedilər. Amma bizim mahnıdan sonra qəfildən erməni mahnısı səsləndi. Biz də etiraz elədik ki, bu erməni dilində mahnı bizim iştirak etdiyimiz tədbirdə oxunmamalıdır. Gürcü dijey isə dedi ki, bu mahnıdır və hansı millətə aidiliyi bizə fərq etmir. Bizsə "fərq edir" deyib tədbiri nümayişkaranə tərk elədik.
Sonra otelin rəhbərliyinə şikayət etdik ki, ermənilər azmı türk bayrağını yandırıb, niyə indi bizim gecədə bu mahnı səslənir? O da anlayışla davrandı, üzr istədi və təşkilatçıları cəzalandırdı. Sonra da o mahnıya ümumiyyətlə bu oteldə qadağa qoydu ki, bir daha səsləndirilməsin".

Jurnalistin fikrincə, azərbaycanlı turistlər harda olursa olsun, həmişə vətənpərvərlik nümayiş etdirməyə hazır olmalıdırlar.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az