Azərbaycanlıya məğlubiyyəti həzm edə bilməyən erməni güləşçi GÖRÜN NƏ ETDİ

Azərbaycanlıya məğlubiyyəti həzm edə bilməyən erməni güləşçi GÖRÜN NƏ ETDİ

Azərbaycan sərbəst güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

28 yaşlı dünya və Avropa çempionu 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Azərbaycan təmsilçisi üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb. Məğlubiyyəti həzm etmək istəməyən Tevanyan final fiti səsləndirildikdən sonra ayağa qalxmaq istəməyib. O, hakimə qarşı narazı jestlər də nümayiş etdirib.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizəyə qoşulub. Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb./report

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az