“Azərsu” 73 min manata minik avtomobili alır

“Azərsu” 73 min manata minik avtomobili alır
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Azərsu”nun tender müsabiqəsinin qalibi "Yenimotor” MMC olub.

"Yenimotor” MMC "Azərsu”ya 1 ədəd minik avtomobili satacaq və qarşılığında 73 min manat alacaq.

Məlumat üçün bildirək ki, "Yenimotor” MMC 04.03.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri Bakı-Sumqayıt şossesində yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Yusif Rafiq oğludur.

Onu da bildirək ki, "Yenimotor” MMC "Honda Avtomobil Mərkəzi”nin sahibidir. "Bakı Sığorta” şirkətinin səhimlərinin 9,4%-i də "Yenimotor” MMC-yə məxsusdur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az