Bağça müdirəsi polis bölməsinə aparıldı: icra başçısı isə... - Video

Bağça müdirəsi polis bölməsinə aparıldı: icra başçısı isə... - Video

2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi ASAN Xidmət vasitəsi ilə verməyə başlayıb.

Bu sözləri Real TV-yə açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib. Onun sözlərinə görə, bu müddət ərzində nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü "Kids Studio Uşaq Mərkəzi” adlı bağçaya lisenziya verməyib.

Abbas Əliyev qeyd edib ki, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.

Məlumata görə, Kids Studio Uşaq Mərkəzinin müdiri Nigar Müseyibov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.

Həmçinin Yasamal rayon icra başçısı Əziz Əzizov da başçaya gəlib./Axar.az/
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az