Bacarsan qayıt

Bacarsan qayıt
 Jalə Sarvanqızı
 

Öz dilimlə özüm səni itirdim,
Gözlərimlə çox aradım, tapmadım.
Varlığında dəyərini bilmədim,
Getdiyində sevdiyimi anladım.

İndi peşimanam, əyər bacarsan,
Bağışla sən məni, dön həyatıma.
Gedişinlə heyifini çıxmısan,
Qayıt artıq, qəlb yaramı qanatma.

Üzr də istəmişəm,
Xəyalından, rəsmindən.
Bilirəm incitmişəm,
Bağışla, keç səhvimdən.
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az