Bacısı Nazpərinin müdafiəsinə qalxdı: “Çaşma…” - Video

Bacısı Nazpərinin müdafiəsinə qalxdı: “Çaşma…” - Video

Zeynəb Dostəliyeva bacısı, xalq artisti Nazpəri Dostəliyevanın müdafiəsinə qalxıb.


Teleqraf.com-un məlumatına görə, "Səhər-Səhər” verlişininin qonağı olan Zeynəb Dostəliyeva əməkdar artist Elza Seyidcahanın ünvanına tənqidi fikirlər səsləndirib:

"Demək istəyirəm ki, Elza, çaşma. Sən biz bacılara qarşı çaşma... Kimə nə atırsansa, bax gör, kimə atırsan. Sən onu bil ki, Nazpəri xanım öz etikasını, mədəniyyətini orada qoruyub durdu.

Düzdür, sən adam göndərirsən, çatdırırsan ki, qorxursan, onunla danışmaq istəyirsən, amma razılıq olmadı. Səninlə o söhbət bağlandı. Sən İlhamə xanımın yolunu gedə bilməzsən. İlhamə xanım kimə nə deyirdisə, bilib deyirdi. Sən gör kimə ilişirsən... Olmaz. Bax gör, kimin şəklini cırırsan, kimə sataşırsan”.

Qeyd edək ki, "Azərbaycanın səsi"ndə xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı.

Elza Seyidcahan yarışmada tələbələrinin adını çəkməyən Dostəliyevaya sərt reaksiya vermişdi.

 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az