Bacısına dovşan şəkli göndərəni bıçaqlayan Ataşa 10 il cəza verildi

Bacısına dovşan şəkli göndərəni bıçaqlayan Ataşa 10 il cəza verildi
Bacısına mesaj yazan qonşusunu bıçaqlayan şəxsin məhkəməsi davam etdirilib. Prosesdə gərginlik yaşanıb, yeni təfərrüatlar üzə çıxıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Ataş Rəşidovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Ataş Rəşidov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevin evinə gələrək ona bıçaqla bir neçə xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Ataş Rəşidova qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmə iclasında zərərçəkmiş Bəxtiyar Allahverdiyevin anası Gülnar Allahverdiyeva ifadə verib.
Hadisə günü baş verənlərdən danışan Gülnar Allahverdiyeva deyib ki, evdə olan zaman oğlunun qapıda bıçaqlandığını görüb: "Qapıya çatanda qanın içində idi. Dedi ki, qapını bağla. Mən də qapını bağladım. Qarnından vurulmuşdu. Dedim ki, kim vurdu? Ataşın vurduğunu dedi. Təcili yardıma zəng elədim".
Gülnar Allahverdiyeva hadisənin təfərrüatından sonradan xəbər tutduğunu deyib.
Bildirib ki, oğlu Ataşın bacısına mesaj yazıb, amma bu, təsadüfən olub: "Ataşın bacısına "salam, necəsən" yazıb. O da telefona baxanda Bəxtiyarın olduğunu bilib. Bəxtiyara ana, bacı söyüşləri, başqa təhqirlər yazıb. Sonra da görüşə gəlib. Adam bir zəngə, bir mesaja görə adam bıçaqlayar?".
Məhkəmədə məlum olub ki, Bəxtiyar Ataşın bacısına dovşan şəkli də göndərib. Hakim bu şəklin mənasını Gülnar Allahverdiyevadan soruşub.
Şahid Gülnar Allahverdiyeva bunun nə məna verdiyini bilmədiyini deyib. Söyləyib ki, bu şəkilə görə də adam-adamı öldürmək istəməz.
Belə məlum olub ki, göndərilən dovşan şəkli gənclər arasında mübahisənin daha da böyüməsinə səbəb olub. Çünki həmin dovşan şəklinin gənclər arasında mənası "ağır" təhqir imiş...
Ataş Rəşidov özünü qismən təqsirli bilir. Bəxtiyar bacısına mesaj yazdığını deyib. O deyib ki, mübahisə zamanı Bəxtiyar onu yumruqla vurub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az