Bakı Meriyasına yeni Aparat rəhbəri TƏYİN OLUNDU

Bakı Meriyasına yeni Aparat rəhbəri TƏYİN OLUNDU
Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib. 
 
Rasim Quliyev Modern.az-a özəl açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib:
"Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam”.
R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub:
"Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az