Bakı metrosu və ali təhsil müəssisələri bu tarixdə açıla bilər

Bakı metrosu və ali təhsil müəssisələri bu tarixdə açıla bilər
Azərbaycan hökumətində orta ümumtəhsil müəssisələri ilə yanaşı ali təhsil müəssisələrinin də açılması ilə bağlı müzakirələr gedir.

"Report”un əldə etdiyi məlumata görə, universitetlər fevralın 15-dən açıla bilər.

Bununla belə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olaraq sözügedən məsələnin martın 1-nə qədər uzanacağı istisna deyil.

Həmçinin ötən il oktyabrın 19-dan bağlı olan Bakı metrosunun da ali təhsil müəssisələri ilə eyni vaxta açılması gözlənir.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında isə bildirib ki, təmsil etdiyi quruma metronun açılması ilə bağlı hər hansı rəsmi qərar daxil olmayıb.

Xatırladaq ki, Azərbaycanın orta məktəblərində tədris prosesinin fevralın 1-dən bərpa olunması gözlənilir.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az