Bakı-Quba yolunda ağır qəza: ölən var

Bakı-Quba yolunda ağır qəza: ölən var

Siyəzəndə ölümlə nəticələnən yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Rəfael Məhərrəmovun idarə etdiyi "Hunday Santafe” markalı, 90 XZ 951 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan, 1991-ci il təvəllüdlü Cəmil Cabbarovun idarə etdiyi "Şaqman” markalı, 99 LM 632 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü R. Məhərrəmov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az