Bakıda 14 yaşlı Mədinə itib, axtarışlar nəticə vermir

Bakıda 14 yaşlı Mədinə itib, axtarışlar nəticə vermir

Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi bina 71, mənzil 86-da yaşayan 14 yaşlı Məmmədova Mədinə Camal qızı bu gün səhər saatlarından itib.

Bu barədə afn.az saytına Mədinənin əmisi Məmmədov Təzəxan məlumat verib. Onun sözlərinə görə, qardaşının bir oğlu, bir qızı var və onlar anaları ilə qeyd edilən ünvanda yaşayırlar: "Qardaşım özü Rusiyada yaşayır. Bu gün səhər anası işə gedib, qardaşı yatırmış, durub görüb bacısı yoxdur. Qardaşım qızı telefon işlətmirdi, heç bir sosial şəbəkədən istifadə etmirdi. Çox müəmmalı surətdə yoxa çıxıb Mədinə. 102-yə zəng edib məlumat verdik. Gəldilər izahat aldılar getdilər. Binanın sağında da solunda da TŞK (Təhlükəsiz Şəhər Kameraları) var. Baxırlar ya yox, bizə heç nə demirlər. Polis deyir ki, bir şey olsa deyəcəyik. Nə olacaq? Uşaq özü bölməyə gələcək? Mədinənin qardaşı deyir həyətdə təxminən 40 yaşlarında kimsə oturub bunları güdürmüş. Amma bizim heç kimdən şübhəmiz yoxdur".

24-cü Polis Bölməsinin növbətçisi Zaur Məmmədov sayta bildirib ki, baş vermiş hadisə ilə bağlı ailənin ərizəsi qəbul edilib və hazırda axtarış əməliyyatları aparılır: "Bakı üzrə bütün aidiyyatı qurumlara məlumat verilib. Kameralara da baxılıb, baxış davam edir. Bir məlumat olan kimi ailəyə xəbər veriləcək".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az