Bakıda 62 nəfəri gün vurub

Bakıda 62 nəfəri gün vurub
Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 62 nəfər günvurma şikayəti ilə müraciət edib.

Miq.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Trend-ə bildirib ki, Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 22-ə ambulator yardım göstərilib, 40-a isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.
Müraciət edən 62 nəfərin 46-sı kişi, 12-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.
S.Əhmədova bildirib ki, dünən günvurma şikayəti ilə 10 nəfər müraciət edib. Onların 9-u xəstəxanaya yerləşdirilib. Bu il günvurmadan ölüm halı baş verməyib.
Qeyd edək ki, iyulun əvvəlindən ölkədə anomal isti hava şəraiti hökm sürür.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az