Bakıda 77 nəfər günvurma şikayəti ilə xəstəxanaya müraciət edib

Bakıda 77 nəfər günvurma şikayəti ilə xəstəxanaya müraciət edib
Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 77 nəfər günvurma şikayəti ilə müraciət edib.

Miq.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Trend-ə bildirib ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 31-ə ambulator yardım göstərilib, 46-sına isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.
Müraciət edən 77 nəfərin 60-ı kişi, 17-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.
S.Əhmədova bildirib ki, bu il günvurmadan ölüm halı baş verməyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az