Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxs polisə təslim oldu

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxs polisə təslim oldu
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən şəxs polisə təslim olub. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Məlumata görə, Bakı şəhər sakini Əliyev Elvin Nəsir oğlu paytaxtın Nəsimi rayonu ərazisində İsmayılov Eldar Əlisa oğluna bıçaqla çoxsaylı xəsarət yetirərək öldürməyə cəhd edib.
E.Əliyev hadisəni törətdikdən sonra qaçaraq istintaqdan gizlənib.
Onun barəsində məhkəmə qərarı ilə axtarış elan olunandan sonra E.Əliyev könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinə gələrək cinayəti etiraf edib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə cinayət işi başlanıb. (Trend)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az