Bakıda ağır qəza - Ölənlər və yaralılar var

Bakıda ağır qəza - Ölənlər və yaralılar var

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Miq.Az apa-ya istinadən xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində baş verib.
10-GV-746 dövlət nişanlı "VAZ-2106” markalı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Orxan Hüseynov əks yola çıxıb. Bu zaman "VAZ-2106” ilə "BMW” markalı maşın toqquşub. Zərbənin gücündən "VAZ-2106”nın sürücüsü və sərnişinləri Rüstəm Ağayev və Həsən Məmmədov hadisə yerində ölüb. "BMW”-nin sürücü və sərnişini ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Ölən hər üç şəxsin meyiti morqa təhvil verilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az