Bakıda ata övladını küçədə döydü – VİDEO

Bakıda ata övladını küçədə döydü – VİDEO

Uşağını küçədə döyən ata barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılacaq.


Bunu Oxu.Az-a açıqlamasında komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, hazırda məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədir:

"Faktla bağlı valideynə xəbərdarlıq ediləcək və məsələ barədə müvafiq tədbirlər görüləcək”.

Pərviz Əliyev qeyd edib ki, bu cür hadisələr ölkənin nüfuzuna xələl gətirir:

"Dəfələrlə buna qarşı tədbirlər keçirilib. Bu cür faktlar olan zaman araşdırma aparılır. Uşağını küçədə döyən ata barədə yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılacaq və məlumat veriləcək”.

Qeyd edək ki, Unikal.org saytında övladını döyən atanın videogörüntüləri yerləşdirilib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az