Bakıda avtobus sürətlə dayanacağa çırpıldı: ölən və yaralanan var

Bakıda avtobus sürətlə dayanacağa çırpıldı: ölən və yaralanan var

Bakıda ağır yol qəzası baş verib.

 

 Lent.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində (Atçılıq adlanan yer) 136 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo New BS" markalı sərnişin avtobusu yolun kənarındakı dayanacağa çırpılıb. Avtobusun idarəetməsini itirən sürücü gəldiyi sürətlə dayanacağa doğru istiqamətlənib və oradakı şəxslərdən biri nəqliyyat vasitəsinin altında qalaraq vəfat edib. Daha bir nəfər isə ağır xəsarət alıb.

Hadisə şahidləri bildiriblər ki, avtobusun sürətlə yaxınlaşıdğını görən 60-65 yaşlı kişi qadınları kənara itələyib. O, özü uzaqlaşa bilmədiyindən avtobusun altında qalaraq ölüb

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az