Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi

Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi
Ötən gün Bakıda bir ailənin 6 üzvü zəhərlənib. Hadisə Xəzər rayonunda Binə sovxozu deyilən ərazidə baş verib. 

Miq.Az xəbər verir ki, bu barədə haqqin.az saytı məlumat yayıb.

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir. 

Hadisə ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: "Daha sonra ailə ambulator müalicə üçün evə buraxılıb. Onların vəziyyətləri qənaətbəxşdir”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az