Bakıda “Bravo”nun rəhbər şəxsini döydülər-Döyülən şəxs jurnalistin bacısı oğludur

Bakıda “Bravo”nun rəhbər şəxsini döydülər-Döyülən şəxs jurnalistin bacısı oğludur

Bakıda "Bravo" marketlər şəbəkəsinin vəzifəli şəxsi döyülüb. Miq.Az-a daxil olan məlumata görə, hadisə "Bülbül Ekspres" filialında olub.

İnsan resursları şöbəsinin müdir müavini Pənah Ruşanov firma əməkdaşı tərəfindən döyülüb.

Belə ki, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Filialda satıcı işləyən 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri ilə mübahisə edib. Mübahisə nəticəsində o, döyülərək ağır xəsarət alıb. 

P. Ruşanovun istehsal tarixi olmayan malı qəbul etməməsi firma əməkdaşının etirazına səbəb olub. Daha sonra tərəflər arasında mübahisə yaranıb.

Aldığı zərbələrdən ağır xəsarət alan P. Ruşanov xəstəxanaya aparılıb.

Yeri gəlmişkən, döyülən şəxs jurnalist Həbibə Abdullanın bacısı oğludur. Həbibə Abdulla öz statusunda mediyaya müraciət edərək yazıb:

"Parvin Abbasov, Imdad Elizade, xəbəriniz kökündən yanlışdı!!! Əvvəla, döyülən mənim bacım oğludur. İkincisi satıcı deyil, orda rəhbər işdə çalışır. Üçüncüsü, o firma əməkdaşı ilə heç bir mübahisə etməyib, firma işçisi istehsal tarixi olmayan mal gətirib və o da vəzifəsinin tələbinə uyğun olaraq qəbul etməyib. Firmanın işçisi dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə başından vurub. Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib. Gecə saat 3-ə qədər biz xəstəxanalarda qalmışıq. Döyən adamı isə sağ olsun polislərimiz, tutub sonra da pulunu alıb buraxıblar. Döyən əclafın yekəsi olsa da, ailəsi fağır və mədəni insanlar idi. Döyülən də mədəni və xeyirxah olduğundan şikayətçi olmayıb. Amma belə yalan-yanlış məlumatlar yaymağa davam etsələr görünür, döyənin ailəsi də, polis də cavab verməli olacaq! Siz isə imkan olsa bir az xəbəri araşdırın sonra verin.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az