Bakıda cərimə meydançasında yanğın: - 50 MAŞIN KÜL OLDU - FOTOLAR

Bakıda cərimə meydançasında yanğın: - 50 MAŞIN KÜL OLDU - FOTOLAR
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. 
 
Miq.az  nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
 
Qafqazinfo-nun verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yanan ərazi avtomobil cərimə meydançasıdır. Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.
 
****
 
Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülüb.
 
Bu barədə Miq.az-a nazirlikdən məlumat verilib.
 
Yanğın zamanı xəsarət alan olmayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az