Bakıda daş sexində DƏHŞƏTLİ HADİSƏ: fəhlə divarla aparatın arasında qaldı və...

Bakıda daş sexində DƏHŞƏTLİ HADİSƏ: fəhlə divarla aparatın arasında qaldı və...

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Qaradağ rayonunda yerləşən "Karvan” daş sexində gecə saatlarında 1 nəfərin ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Məlum olub ki, ölən şəxs 1970-ci il təvəllüdlü Qasımov Müşfiq Dadaş oğludur.

Məlumata görə, 48 yaşlı M.Qasımov karxana ərazisində şırımaçan aparatın üzərində dayanaraq iş görürmüş. Bu zaman qəza baş verib və şırımasan qurğu seldən çıxıb. Aparatla divarın arasında qalan M.Qasımov hadisə yerindəcə keçinib.

Bildirilir ki, daş sexi iş adamı Tarverdiyev Elman Əliş oğluna məxsusdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./Publika.az/

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az