Bakıda dəhşətli hadisədə ölən tələbələrin ADLARI AÇIQLANDI - YENİLƏNDİ

Bakıda dəhşətli hadisədə ölən tələbələrin ADLARI AÇIQLANDI - YENİLƏNDİ

Ötən gecə Binəqədi rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən tələbələrin adları məlum olub.

"Miq.Az"ın əldə etdiyi məlumata görə, Binəqədi şosesində Şabran rayon sakini Təbriz Ağayevin idarə etdiyi "KamAz" markalı yük maşınının üstündən keçərək ööldürdüyü tələbələrin Biləcəri qəsəbə sakini, 2003-cü il təvəllüdlü Tural Cabbarov və Füzuli rayon sakini, 2003-cü il təvəllüdlü Dilarə Sultanova olması müəyyənləşib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

****

09:17

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Hadisə daş bazarı yaxınlığında qeydə alınıb.

Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, ərazidə işıqlandırma zəif olduğu üçün "KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az