Bakıda DƏHŞƏTLİ QƏZA: QATAR AVTOBUSLA TOQQUŞDU - Ölənlər və yaralananlar var - VİDEO

Bakıda DƏHŞƏTLİ QƏZA: QATAR AVTOBUSLA TOQQUŞDU - Ölənlər və yaralananlar var - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib. Qəza nəticəsində 9 yaralı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılır. Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

***
Bakıda sərnişin avtobusu qatarla toqquşub.


Miq.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.

Ölən və yaralananlar var.

Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.


***

Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır


Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34-ə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova "Report”a bildirib ki, yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib.
O qeyd edib ki, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.


Bakıda DƏHŞƏTLİ QƏZA: QATAR AVTOBUSLA TOQQUŞDU - Ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNDİBakıda DƏHŞƏTLİ QƏZA: QATAR AVTOBUSLA TOQQUŞDU - Ölənlər və yaralananlar var - VİDEO - YENİLƏNDİ



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az