Bakıda ərəblər gənc qıza xəsarət yetirdi

Bakıda ərəblər gənc qıza xəsarət yetirdi


Bakıda gənc qız əcnəbilərin hucumuna məruz qalıb.

Miq.Az-ın Report-a istinadən məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü Leyla Nizami qızı Əliyeva ərəblərin (2 nəfər) hucumuna məruz qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.

L.Əliyeva bildirib ki, hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər.

Hadisənin təfərrüatı araşdırılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az