Bakıda erməni konfetləri satılır – Foto

Bakıda erməni konfetləri satılır – Foto

Bakıda böyük süpermarketlərin birində erməni konfetinin satıldığı üzə çıxıb.

Miq.Az xəbər verir ki, bu barədə məlumatı və fotonu tanınmış jurnalist Sənan Nəcəfov paylaşıb. O bildirib ki, "Xətai” metrosunun yaxınlığında, "Freshmart” supermarketində piştaxtada İrəvanda istehsal olunan şokoladlara rast gəldiyi haqda məlumat daxil olub.

Bununla bağlı mağazanın rəhbərliyinə irad tutulub. Onlar həmin şokoladları mağazadan yığışdıracaqlarını deyiblər. Amma bu gün yenidən həmin mağazada gedəndə İrəvan istehsallı şokoladların yerinə eyni firmanın Moskva istehsallı şokodlarının düzüldüyü müşahidə edilib. Hətta mağazada həmin şokoladların içində hələ də erməni mallarını tapmaq olur.

S.Nəcəfov bir önəmli fakta da diqqət çəkib. O qeyd edib ki, "mart" ermənicə "adam" deməkdir.

Sözügedən marketin adındakı (Freshmart) "mart" komponenti diqqəti çəkir...

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az