Bakıda evlər və obyektlər bahalaşacaq - SƏBƏBİ İSƏ...

Bakıda evlər və obyektlər bahalaşacaq - SƏBƏBİ İSƏ...

2019-cu ilin fevral ayında Bakının daşınmaz əmlak bazarında qiymət indikatoru yanvar ayının sonuna nisbətən 2,14% azalıb. Bu barədə daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

Hesabat ayı ərzində ilkin və təkrar mənzil bazarı istisna olmaqla bazarın demək olar ki, bütün seqmentlərində qiymət artımı müşahidə olunub. "Fevral ayında torpaq bazarında qiymətlər 0,03%, mənzillərin icarə qiyməti 1,7%, kommersiya obyektlərinin qiyməti 0,67%, icarə qiyməti isə 3,43% bahalaşıb", - deyə mənbə bildirib.

Eyni zamanda, təkrar mənzil bazarı 1,72%, ilkin mənzil bazarı 1,16% ucuzlaşıb.

N.İbrahimov qeyd edib ki, bazarda qiymətlərin dəyişməsi və yanvar-fevral aylarında sabit artımın olmaması normal haldır. "Bazar adətən yazda canlanmağa başlayır və buna görə də yeni ilin ilk iki ayı ərzində bazarda cüzi azalma olmasına baxmayaraq, ilin yekunları üzrə qiymətlərin 6-7% artacağını gözləyirik", - deyə ekspert vurğulayıb. //İnterfaks-Azərbaycan

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az