Bakıda həbsxanada OLAY: Qadın əri üçün saçında narkotik aparmaq istədi

Bakıda həbsxanada OLAY: Qadın əri üçün saçında narkotik aparmaq istədi
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Miq.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 93.1.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Xəlilov Elmir Kamil oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Salyan rayon sakini Xəlilova Gülnarə Məhərrəm qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman saçında xüsusi üsulla gizlətdiyi sellofan bükülüdə 2,113 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az