Bakıda həbsxanada SİLAHLI İNSİDENT-Əsgər GÜLLƏLƏNDİ

Bakıda həbsxanada SİLAHLI İNSİDENT-Əsgər GÜLLƏLƏNDİ

Bakıda cəzaçəkmə müəssisəsində silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə xidmət çəkən əsgərlərdən biri hərbçi yoldaşını güllələyib. Güllə yarası alan İlkin Tariyelzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

 Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "Əsgərlərdən birinin  əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində digər hərbçi yüngül yaralanıb”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az