Bakıda iş adamı avtomobilində güllələndi, daha sonra bıçaqlandı

Bakıda iş adamı avtomobilində güllələndi, daha sonra bıçaqlandı
Bakıda iş adamı qətlə yetirilib.

Miq.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.
Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.

Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun meyitini avtomobildə aşkarlayıblar.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az