Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı – VİDEO

Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı – VİDEO

Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.


Oxu.Az-ın məlumatına görə,  "Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən "Şaqman” yük maşınının çırpılıb.

Qəza nəticəsində "Gelandewagen” yolun əks istiqamətinə keçib.

Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, sürücü Məmmədov Nicat "Gelandewagen”i bir günlük "Rent a car”dan kirayə götürüb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalar aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az