Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb

Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb
Bakıda lombarda saxta qızıl verən şəxs saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən Miq.az-a bildirilib ki, iyunun 17-də Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.
Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.
Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilib, araşdırma aparılır. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az