Bakıda qadın küçədə can verdi – Real görüntülər – VİDEO

Bakıda qadın küçədə can verdi – Real görüntülər – VİDEO

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.


Bu barədə hadisə şahidləri məlumat veriblər. Verilən məlumata görə, bu gecə saat 23 radələrində Əmircan qəsəbəsində bazarın yaxınlığında naməlum avtomobil 60 yaşında bir qadını vurub.

Sürücü hadisədən sonra piyadanı can üstə qoyaraq qaçıb.

Hadisə şahidləri dərhal təcili yardıma zəng vurublar. Bildirilir ki, təcili yardım həkimləri çağırışdan 40 dəqiqə sonra hadisə yerinə gəliblər.

Həmin vaxta qədər vurulan qadın ağrılar içində yerdə qalıb. Sonradan həkimlər piyadanı ağır vəziyyətdə xəstəxanaya aparıblar. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq qadın vəfat edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


//baku.ws



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az