Bakıda qadına qarşı şok cinayət - 25 min manat alarkən tutuldular - ƏMƏLİYYAT

Bakıda qadına qarşı şok cinayət - 25 min manat alarkən tutuldular - ƏMƏLİYYAT
Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirib.

Miq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar.
Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.
Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az