Bakıda Qətl: Pul borcu üstündə tanışını öldürdü

Bakıda Qətl: Pul borcu üstündə tanışını öldürdü
Bakıda qətl törətməkdə təqsirli bilinən Sənan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sənan Əzimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Suraxanı rayonu Əmircan qəsəbəsində 1985-ci il təvəllüdlü Sənan Əzimov aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Rüfət Polejniy bıçaqlayaraq öldürüb.
Məlum olub ki, Sənan Əzimovla Rüfət Polejniy qonşu olublar. Sənana bir neçə ay əvvəl Rüfətə borca pul verib. Lakin Rüfət borcu qaytarmayıb. Sənan dəfələrlə pulu tələb etsə də, Rüfət ona əhəmiyyət verməyib.
Bu səbəbdən dünən axşam saatlarında mübahisə ediblər, mübahisə qanlı cinayətlə nəticələnib.
Rüfəti ürəyindən bıçaqla vuran Sənan Əzimov polisə gələrək təslim olub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az