BAKIDA RESTORANDA GÜLLƏLƏNMƏ – Ölən və yaralanan var (VİDEO)

BAKIDA RESTORANDA GÜLLƏLƏNMƏ – Ölən və yaralanan var (VİDEO)
Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.
Ölən şəxsin Çingiz, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Polis tərəfindən aparılan əməliyyat nəticəsində 1 nəfər saxlanılıb.
Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub. Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.
Cinayəti törədən şəxsin axtarışları davam etdirilir. /”Report”


 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az