Bakıda sahibkar “oğru”nun başını zəncirlə bağladı - DİN-dən açıqlama + Video

Bakıda sahibkar “oğru”nun başını zəncirlə bağladı - DİN-dən açıqlama + Video

Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etdiyi iddia olunan şəxsin mağaza sahibi tərəfindən zəncirlənməsi ilə bağlı görüntülər yayılıb.

Miq.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi məlum görüntülərlə bağlı araşdırma aparıb.

Vətəndaşın başını zəncirlə bağlayıb onu videoya çəkən və təhqir edən sahibkar müvafiq polis orqanına dəvət olunub.

"Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”, deyə DİN mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az