Bakıda stadionda insident: Polisə məhəl qoymadı, yumruqla şüşəni sındırdı – Fotolar

Bakıda stadionda insident: Polisə məhəl qoymadı, yumruqla şüşəni sındırdı – Fotolar

Ötən gün "Asco arena” da (Bayıl arena) Azərbaycan premyer-liqasının ilk turunun növbəti qarşılaşması baş tutub.


Minval.info xəbər verir ki, "Səbail” "Zirə”ni qəbul edib. Qarşılıqlı hücumlarla keçən görüşdə ev sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Oyunda yeganə qolun müəllifi 8 nömrəli oyunçu Yevgeni Koçuk olub.

Görüşdən sonra insident baş verib. Belə ki,” Səbail” klubunun binasına əsas giriş qapısından daxil olan azərkeş oyunçuların soyunub-geyinmə otağına gedərkən polis əməkdaşları ona kənar şəxslərin binaya girişinin qadağan olduğunu bildiriblər. Amma azərkeş buna riayət etməyərək yoluna davam edib. Polis işçiləri isə onun çölə çıxmağını tələb edib. Bu zaman əmrə tabe olmayan azərkeş, insanların gözü qarşısında əsas qapının şüşələrini yumruq zərbələri ilə sındırıb.

Polis əməkdaşları çətinliklə də olsa, onu uzaqlaşdırmağa nail olublar.

Qeyd edək ki, "Səbail” futbol klubuna məlum hadisədən sonra xeyli miqdarda maddi ziyan dəyib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az