Bakıda sürücü maşını piyadaların üstünə sürdü - Ölən və yaralananlar var

Bakıda sürücü maşını piyadaların üstünə sürdü - Ölən və yaralananlar var
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. Miq.Az Trend-ə istinadən xəbər verir ki, qəza səhər saatlarında Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.

Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.

Səhiyyə Nazirliyindən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər "Mercedes" markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***

Qəza nəticəsində xəstəxanaya yerləşdirilən şəxslər 1954-cü il təvəllüdlü Xanım Quliyeva və 1996-cı il təvəllüdülü Seymur Niyazovdur.

Hər iki şəxs kəllə-beyin travması alıb. Gənc oğlanın vəziyyəti daha ağır qiymətləndirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az