Bakıda ürəkləri sızladan mənzərə - Qolu sınıq, xəstə süpürgəçi iş başında - FOTO

Bakıda ürəkləri sızladan mənzərə - Qolu sınıq, xəstə süpürgəçi iş başında - FOTO
Pərviz Bağırov adlı azərbaycanlı gənc Facebook sosial şəbəkəsində ürəksızladan fotoşəkil paylaşıb.

Qadını Bakının mərkəzində, "Landmark" otelinin qarşısındakı küçədə gördüyünü deyən P.Bağırovun sözlərinə görə, qadın xəstə və bir əlinin sınıq olmasına baxmayaraq, küçəni süpürməyə çalışırmış:

"Bu gün səhər "Landmark"ın yanında bu xadimə qadını gördüm. Onun bir əli sınmışdı və o, başını aşağı salıb digər əli ilə güclə küçəni süpürməyə çalışırdı. Belə başa düşdüm ki, o, həm də Parkinson xəstəliyindən də əziyyət çəkir. Mənim az qala ürəyim dayanacaqdı. Ona pul təklif etdim, amma götürmədi. Nə etmək olar? Ümumiyyətlə, onu belə halda işə necə buraxırlar?"/Milli.Az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az