Bakıdakı GÜCLÜ YANĞIN bu yollarda TIXAC yaratdı (YENİLƏNDİ)

Bakıdakı GÜCLÜ YANĞIN bu yollarda TIXAC yaratdı (YENİLƏNDİ)

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Bakı Nəqliyyat Agentliyindən "Miq.Az"a verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

 "Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".


Bakı şəhəri Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla əlaqədar olaraq yollarda güclü tıxac yaranıb.

Publika.az xəbər verir ki, Bakı-Sumqayıt, Masazır yolunda böyük tıxac yaranıb, bu istiqamətlərdə avtomobillərin hərəkəti iflic olub.

Qeyd edək ki, hazırda Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "EuroHome” tikinti materialları bazarı ərazisi yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az