Bakının bu küçələrində maşın saxlamaq qəti qadağan olunacaq

Bakının bu küçələrində maşın saxlamaq qəti qadağan olunacaq
2018-ci ilin yayında Bakı Nəqliyyat Agentliyi (BNA) avtomobil sahiblərinə 11 istiqamət üzrə maşınlarını paytaxt səkilərində saxlamağı qadağan edəcək.
 
Bu barədə Sputnik Azərbaycan-a BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Ağayev məlumat verib.
Onun sözlərinə görə, tezliklə, məzuniyyətlər mövsümünün başlaması ilə paytaxtın aşağıdakı istiqamətlərində maşını parklamaq mümkün olmayacaq:
Tbilisi prospekti, Bakıxanov və Əbdülvahab Salamzadə küçələri istiqamətində;
Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı küçələrində, Azərbaycan prospekti, Bakıxanov və İstoqlaliyyət küçələri istiqamətində;
Həsən Əliyev küçəsində, Tbilisi prospekti, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
Bakıxanov prospektində, Bakıxanov dairəsinin ətrafında, Ceyhun Hacıbəyli küçəsi istiqamətində;
Füzuli küçəsində, Şəmsi Bədəlbəyli, Səməd Vurğun küçələri, Azərbaycan prospekti istiqamətində;
Səməd Vurğun küçəsində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
Rəşid Behbudov küçəsində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
Azadlıq prospektində, Bakıxanov və Füzuli küçələri istiqamətində;
28 may küçəsində, Puşkin və Yusif Səfərov küçələri istiqamətində;
Üzeyir Hacıbəyov küçəsində, Puşkin və Yusif Səfərov küçələri istiqamətində;
Yusif Səfərov küçəsində, Üzeyir Hacıbəyov küçəsi və Babək prospekti istiqamətində.
Bununla yanaşı, 74 küçənin kəsişməsində pilot layihəsi çərçivəsində yeni yol nişanları qoyulacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az